"Qəbələ"nin qapıçısı: "İnanırıq ki, möcüzə olsun"

  • Bu gün, 19:51

 “90 dəqiqə bizim üstünlüyümüzlə keçdi. Epizodları boşa verdik. Bunun da cavabında özümüz qol buraxdıq”.

Bunu “Qəbələ”nin qapıçısı Rəşad Əzizli Sportlife.az-ın “Neftçi” ilə oyun üçün Qəbələyə ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

Əzizli komandada bitiriciliyin zəif olmasında baxmayaraq möcüzə axtarışında olduqlarını bildirib: “Məşqlərdə görürük ki, hər şey superdir. Amma oyunlarda bitiricilikdə problem olur. İnanırıq ki, möcüzə olsun. Qalan 8 oyunun hamısında qalib gəlməliyik”.

Qolkiper özünün klubdakı gələcəyindən də danışıb: “Müqaviləm yayda bitir. Bu barədə yalnız yayda danışıb, bir qərara gələ bilərik”.

Hidayət Qurbanov / QƏBƏLƏ


Paylaş: