"Tofiq Musayev həbs olunmayıb" - AÇIQLAMA

"Tofiq Musayev həbs olunmayıb" - AÇIQLAMA

  • 1 Fevral 2024, 15:55

"Tofiq Musayev həbs olunmayıb. Bu məlumatlar şayiədən başqa bir şey deyil".

Bunu Sportlife.az saytına açıqlama verən MMA döyüşçüsü Tofiq Musayevin qohumu, Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov bildirib

“Tofiq Musayevi hamı tanıyır. Necə biri olduğunu yaxın ətrafındakılar daha yaxşı bilir. Tofiq çıxış etdiyi yarışlarda da, 44 günlük Vətən müharibəsində də öz dəstəyi və şücaəti ilə seçilənlərdən olub. Tofiqə bələdəm, o, bu günə qədər heç bir yanlış hərəkətlə yadda qalmayıb. Üstəlik adı da bu cür xoşagəlməz hadisələrdə hallanmayıb. Şər və böhtan xarakterli yalan məlumatlara aldanmayın. Tofiqin izahatı alındıqdan sonra sərbəst buraxılıb və hazırda da azadlıqdadır” – deyə Aqil Acalov bildirib.

Qeyd edək ki, ötən gün Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayevin məsuliyyətə cəlb edilməsi ilə bağlı xəbər yayılmışdı.

 


Paylaş: