“Qarabağ” “Vorskla”ya da uduzdu

“Qarabağ” “Vorskla”ya da uduzdu

  • 25 Oktyabr 2018, 22:50

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununu keçirib.

Sportlife.az xəbər verir ki, “köhlən atlar” qrup mərhələsinin 3-cü turunda Ukrayna “Vorskla”sını qəbul edib.

E qrupunda yer alan Ağdam və Poltava təmsilçiləri ilk iki oyunda məğlub olmuşdu. “Qarabağ” Portuqaliyada “Sportinq”, Bakıda isə İngiltərə “Arsenal”ına uduzmaqla yanaşı, qol da vurmamışdı. Azərbaycan çempionu səfərdə 2, evdə 3 cavabsız qolla uduzmuşdu.

“Vorskla” isə Londonda “topçular”a 2:4 hesabı ilə yenildikdən sonra doğma meydanda “Sportinq”lə görüşdə qələbə qazanmağa yaxın olsa da, son dəqiqələrdə buraxdığı qollarla məğlub olmuşdu - 1:2. 

Bu oyun hər iki komandanın qrup mərhələsində ilk xalını və ya ilk qələbəsini qazanmaq baxımından çox əhəmiyyətli idi. Təəssüf ki, Azərbaycan çempionu bu oyunda da minimal hesabla uduzub və qrupdan çıxmaq şanslarını azaldıb.

E qrupunun digər oyununda “Sportinq” “Arsenal”ı qəbul edib. Bu matçda da favorit London klubu minimal hesabla qalib gəlib.

Avropa Liqası
E qrupu, 3-cü tur

25 oktyabr

Qarabağ - Vorskla 0:1
Qol: Vladislav Kulaç, 48.
Baş hakim: Roi Reinşreyber.
Yan xətt hakimləri: Danni Krasiku, David Elias Bitton.
Dördüncü hakim: Amihay Yehoşua Mozes.
Əlavə köməkçi hakimlər: Alon Yefet, Daniel Bar Natan (hamısı İsrail).
Bakı Olimpiya Stadionu.

Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel, 9. Araz Abdullayev, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 52. Yakub Jezniçak, 77. Donald Gerrye.
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 28. Con Delarj, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Vorskla: 1. Boqdan Şust, 4. İqor Perduta, 5. Nacip Yakubu, 6. Aleksandr Sklyar, 10. Vladislav Kulaç, 11. Vyaçeslav Şarpar, 17. Vladimir Çesnakov (k), 23. Vadim Sapay, 26. Yuri Kolomoyets, 44. Ardin Dalku, 82. Pavel Rebyonok.
Ehtiyat oyunçular: 21. Aleksandr Tkaçenko, 8. Artyom Qabelok, 9. Mixail Sergeyçuk, 13. Maryan Mısik, 14. Nikolas Mores Da Kruz, 19. Vladimir Odaryuk, 33. Aleksandr Çijov.
Baş məşqçi: Vasili Saçko.

Sportinq (Portuqaliya) - Arsenal (İngiltərə) 0:1
Qol: Danni Uelbek, 78.

Arsenal - 9, Sportinq - 6, Vorskla - 3, Qarabağ - 0.


Paylaş: