Karlsen daha bir turnirin qalibi oldu
Sürətli şahmat üzrə “Speed Chess Championship” başa çatıb.
Sportlife.az xəbər verir ki, finalda Maqnus Karlsen Hikaru Nakamuraya qalib gəlib – 13,5:12,5.
İlk 2 partiyanı norveçli qazanıb, daha sonra amerikalı üstünlüyü ələ alıb. Həlledici partiyada Nakamura topu qurban verərkən səhvə yol verib və bu da matçın taleyini həll edib.
Əlavə edək ki, turnirin mükafat fondu 150 min ABŞ dolları, orta reytinqi isə 27660-a bərabər idi.