Paris-2024: Cokoviç 1/4 finala yüksəldi
Olimpiya oyunlarının tennis turnirində kişilərin mübarizəsində 1/8 final oyunları keçirilir.
Sportlife.az xəbər verir ki, turnirin əsas favoritlərindən sayılan Novak Cokoviç almaniyalı Dominik Köpferlə oyunun 1-ci setində çətinlik çəkib - 7:5. Sonrakı seti daha rahat qazanan serb tennisçi 1/4 finala adlayıb.
Bu mərhələdə onun rəqibi Stefanos Tsitsipas olacaq. Yunanıstan təmsilçisi Baesi məğlubiyyətə uğradıb.