Uimbldon: Alkaras ardıcıl ikinci çempionluğunu qazandı

  • 14 İyul 2024, 19:42

Uimbldonda mübarizə başa çatıb.

Sportlife.az xəbər verir ki, kişilərin yarışında Karlos Alkaras ardıcıl ikinci il çempionluq qazanıb. O, ötən il olduğu kimi, bu ildə finalda Novak Cokoviçi məğlub edib. İspaniyalı rəqibinə set verməyib - 6:2, 6:2, 7:6 (4)

21 yaşlı Alkaras ümumilikdə dördüncü Böyük Dəbilqəsini əldə edib. O, ötən ay Rolan Qarrosda da qalib olmuşdu.


Paylaş: