Azərbaycanlı inspektora beynəlxalq təyinat

  • 5 Yanvar 2026, 13:02

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq oyuna supervayzer təyin edilib.

Sportlife.az xəbər verir ki, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final mərhələsində Türkiyənin “Altekma” və Niderlandın “Sliedrext Sport” komandaları arasında keçiriləcək matçda hakimlərin fəaliyyətinə nəzarət edəcək.

Yanvarın 7-də İzmirdə keçiriləcək qarşılaşmanın hakimləri maltalı Frenki Tanti və bolqarıstanlı Bojidara Mitkova olacaq.


Paylaş: