Avropa Liqası:"Qarabağ" növbəti mərhələ şansını itirdi

  • Dünən, 23:49

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Sportlife.az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin VII turunda Rumıniyanın FKSB klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 3:2.

Matçda hesabı erkən qolla meydan sahibləri açıblar. Leandro Andrade 1-ci dəqiqədə rəqib qapısına yol tapıb. Cəmi 6 dəqiqə sonra FKSB Adrian Şutun qolu ilə tarazlığı bərpa edib. 41-ci dəqiqə Rumıniya klubunun heyətində Coyskim Dava avtoqol müəllifi olub. Qonaqlar ilk hissənin əsas vaxtına əlavə olunmuş sonuncu - 4-cü dəqiqədə hesabı bərabərləşdiriblər. Bu dəfə David Mikulesku fərqlənib. Birinci hissə bu hesabla başa çatıb. Oyunda son nöqtəni isə Şut qoyub. O, 73-cü dəqiqədə topu başla qapıdan keçirib.

Bu nəticədən sonra 3 xalı olan "Qarabağ" növbəti mərhələyə çıxmaq şanslarını itirib.

Ağdam təmsilçisi Liqa mərhələsində son görüşünü yanvarın 31-də Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.


Paylaş: