"Qarabağ"a görə gücləndirilmiş iş rejimi
Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ"- FCSB oyunu ilə əlaqədar Bakı metropolitenində iş rejimi 1 saat uzadılıb.
Sportlife.az xəbər verir ki, bütün stansiyalar gecə saat 01:00-dək açıq olacaq.
Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yerləşdiyi ərazidə - “Gənclik” stansiyasında isə gücləndirilmiş iş rejimi tətbiq ediləcək.
Qeyd edək ki, görüş saat 21:45-də başlayacaq.