"Sanki kişilər oğlanlara qarşı oynayırdılar"
İngiltərə millisi və "Liverpul"un və sabiq futbolçusu Ceymi Karraqer Çempionlar Liqasının VII turunda səfərdə PSJ-yə 2:4 hesabı ilə uduzan "Mançester Siti"ni tənqid edib.
Sportlife.az xəbər verir ki, veteran müdafiəçi hər şeyin "şəhərlilər" üçün yaxşı qurtardığını bildirib:
"MS həddindən artıq intensivliyin öhdəsindən gələ bilmirdi. Rəqib ikinci hissədə onları hərtərəfli ələ saldı. Sanki kişilər oğlanlara qarşı oynayırdılar. "Mançester Siti" bəxti gətirdi ki, cəmi dörd qol buraxdı. Daha pis ola bilərdi".