"Bavariya"nın futbolçusundan acı etiraf

  • Dünən, 15:07

"Bavariya"nın yarımmüdafiəçisi Yozua Kimmix Çempionlar Liqasının VII turunda "Feyenoord"a 0:3 hesablı məğlubiyyəti şərh edib.

Sportlife.az xəbər verir ki, almaniyalı müdafiəçi rəqibin onları təəccübləndirmədiyini bildirib:

"Necə oynayacaqlarını, atmosferin nə cür olacağını bilirdik. Amma həddən artıq çox səhv etdik. Rəqibin qapımıza ilk zərbəsi qolla nəticələndi, sonra isə penalti təyin olundu".

Qeyd edək ki, dünənki məğlubiyyətdən sonra Münhen klubu ümumi sıralamada 15-ci yerə enib.


Paylaş: