Azərbaycan Kubokunda qalmaqal

  • Dünən, 17:27

AFFA-nın İntizam Komitəsi futzal üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Neftçi” İK İB – “Star Kargo” oyununda baş verənlərlə bağlı qərar verib.

Sportlife.az xəbər verir ki, “Star Kargo” komandasının oyunçusu Qərib İbrahimov oyunun 17-ci dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətməsi və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə alıb.

Bundan sonra o, hakimə qarşı fiziki təzyiq göstərib. İntizam Komitəsi İbrahimovu 5 oyunluq cəzalandırıb.


Paylaş: