Avropa Liqası: "Qarabağ" yenə "Bayer"lə qarşılaşacaq

Avropa Liqası: "Qarabağ" yenə "Bayer"lə qarşılaşacaq

  • 23 Fevral 2024, 15:25

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

Sportlife.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanan "Qarabağ"ın da rəqibi məlum olub. Səpələnməmişlər səbətində yer alan Ağdam təmsilçisi 1/8 finalda Almaniyanın "Bayer"  klubu ilə qarşılaşacaq.

"Qarabağ" bu mərhələdə ilk oyununu öz meydanında keçirəcək.

Qeyd edək ki, 1/8 mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq.

Xatırladaq ki, "Bayer" "Qarabağ"la qrup mərhələsində də mübarizə aparıb Almaniya klubu qrup lideri kimi 1/8 finala yüksəlib. "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib.


Paylaş: