UEFA reytinqində ilk xallar

  • Dünən, 15:13

Azərbaycan 2025/26 mövsümü üçün UEFA reytinqində ilk xallarını qazanıb.

Sportlife.az xəbər verir ki, bu, Avropa Liqasının I təsnifat mərhələsinin “Selye” (Sloveniya) - “Sabah” (Azərbaycan) oyunundan sonra (3:3, ilk matç 2:3) mümkün olub.

Reytinqə 0,125 xal əlavə olunub. Hazırda 29-cu olan Azərbaycanın xal ehtiyatı 17,250 təşkil edir. Ölkəmizdən bir pillə öndə - 28-ci yerdəki Ukraynanın 17,975, bir pillə sonra - 30-cu sırada qərarlaşan Bolqarıstanın 16,500 xalı var.

Qeyd edək ki, "Sabah” mübarizəni Konfrans Liqasında davam etdirəcək. Gələn həftə Azərbaycanın daha 3 klubu - “Qarabağ” (Çempionlar Liqası), “Zirə” və “Araz Naxçıvan” da (Konfrans Liqası) avrokuboklarda mübarizəyə start verəcək.


Paylaş: