
Azərbaycan kuboku: "Zirə" "Qəbələ"yə qalib gəldi - YENİLƏNİB
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportlife.az xəbər verir ki, sonuncu gündə "Zirə" "Qəbələ" ilə qarşılaşıb. Oyun saat 19:00-da başlayıb. Görüş Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ötən gün "Qarabağ" "Neftçi"yə 4:0 hesabı ilə qalib gəlib.
Əlavə edək ki, yarımfinalın cavab matçları aprelin 24-ü oynanılacaq.
3 aprel (çərşənbə)
19:00. “Zirə” – “Qəbələ” - 2:1
Qollar: Salufi Suma, 51 (1:0), Rafael Utziq, 66 (2:0), Abu Akel, 90 (2:1)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Tural Qurbanov
Zirə İdman Kompleksinin stadionu
2 aprel (çərşənbə axşamı)
“Neftçi” – “Qarabağ” - 0:4