Kaxaber Tsxadadze: "Nəyisə dəyişmək çətindir"

  • 3 Aprel 2024, 22:45

“Çox maraqlı kubok oyunu alındı. Azarkeşlər üçün yaxşı matç keçdi. Bu görüşdə yaxşı temp və çox mübarizə oldu. Təəssüf ki, bir neçə futbolçumuz ilk yarda oyuna tam qoşula bilmədi və hücumlarda tez-tez top itirdik. Sonra iki qol buraxdıq ki, bu topları qaytarmaq olardı. Əvəzetmələrlə hücumu gücləndirdik və çox gözəl kombinasiyalı qol vurduq". 

Sportlife.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Azərbaycan kubokunun yarımfinalında səfərdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Oyunu təhlil etməliyik. Qarşıdakı matçlara hazırlaşmalıyıq. İlin ən vacib oyunu evdə “Zirə”yə qarşı olacaq. Qapıçılarımıza suallar var, onlarla söhbət edəcəm. Amma nəyisə dəyişmək çətindir. Bu oyunda çox yaxşı epizodlarımız da oldu. Amma hücumda çox top itirdik” - deyə o bildirib.

 


Paylaş: