“Sabah” dan qələbə, “Turan Tovuz” “Qarabağ”a uduzdu - YENİLƏNİB

  • 17 Mart 2024, 21:00

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulub.

Sportlife.az xəbər verir ki, əvvəlcə "Turan Tovuz" lider "Qarabağ"ı qəbul edib. Hesabı meydan sahibləri açsa da, "Qarabağ" 3:1 fasilədən sonra 3 qol vuraraq qələbə qazanıb.

 

Turun son qarşılaşmasında "Sabah" "Sumqayıt"ı məğlub edib - 2:1.

17 mart

19:00. “Sumqayıt”– “Sabah” - 1:2

Qol: Anatoli Nuriyev, 25 (0:1), Murad Xaçayev, 62-avtoqol (0:2), Erik Sorqa, 84 (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

16:00. “Turan Tovuz” – “Qarabağ” - 1:3 

Qollar: Otto Con, 10-pen. (1:0), Nəriman Axundzadə, 56 (1:1), Patrik Andrade, 73 (1:2), Toral Bayramov, 90+5-pen. (1:3)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
Tovuz şəhər stadionu

16 mart
 
“Araz-Naxçıvan” – “Qəbələ” - 1:1 

“Zirə” – “Kəpəz” - 2:1

15 mart 

“Neftçi” – “Səbail” - 3:0 


Paylaş: