Adil Şükürov: "Bu dəfə alınmadı"

  • 21 Aprel 2024, 20:00

"Bu oyunda qalib gəlmək istəyirdik. Futbolçular əziyyət çəkdilər. Buna görə onlara təşəkkür edirəm".

Sportlife.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 31-ci turunda bu gün "Sabah"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:2 hesablı məğlubiyyəti belə şərh edib: "Qalib gəlib elitada qalmağımızı rəsmiləşdirmək istəyirdik. Bu dəfə alınmadı. Gələn oyunlara köklənməliyik. Ümid edirəm ki, qarşıdakı oyunlarda məsələni həll edə biləcəyik. Azarkeşlərimizə də dəstək üçün minnətdaram".

 


Paylaş: