
AFFA rəsmiləri "Qarabağ"ın bazasında
AFFA rəsmiləri “Qarabağ”ın qonağı olublar.
Sportlife.az xəbər verir ki, milli assosiasiyanın baş katibi Cahangir Fərəcullayev, müavinləri Kamran Vəliyev və Elçin Məmmədov klubun bazasını ziyarət ediblər.
“Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl, İdarə Heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev qonaqlarla görüşüblər.
Əmrah Çəlikəl qonaqlara xatirə hədiyyəsi olaraq komandanın formalarını təqdim edib.