
"Ruh düşkünlüyü itirilən xallara baxmır"
Azərbaycan Premyer Liqasının II turunun “Kəpəz” – “Karvan-Yevlax” oyunundan (2:3) sonra meydan sahibi komandanın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– Topla daha çox oynayan biz olduq. Rəqib əlinə düşən fürsətləri dəyərləndirdi. Azarkeşlərimizin narazı olması başadüşüləndir. Nəticə istəyirlər və verə bilmədiyimiz üçün üzgünük.
– Xal qazanmaq baxımından münasib rəqiblə qarşılaşdınız. Məğlubiyyət ruh düşkünlüyü yarada bilər?
– Ruh düşkünlüyü qazanılan və ya itirilən xallara baxmır. Rəqib uyğun idi, amma oyun, statistika olaraq üstünlük bizdə oldu. Son anlardakı epizodumuzun qol olmaması məyus edir. Toparlanmaq lazımdır. Qarşıdakı oyunlarda xallar qazanmaq lazımdır. Eyni zamanda transferlərə ehtiyac var.
– Əvvəlki müsahibənizdə demişdiniz ki, ötən mövsüm komanda elitada qala bilsin deyə, klubla vidalaşdım. İndi də eyni situasiyadır sanki…
– İndi eyni situasiya deyil. Qarşımızda məqsəd var və ona çatmağa çalışacağıq. Bəzi məsələləri yoluna qoyandan sonra tam fərqli komanda olacağıq.
– Transferlər olacaq?
– Düşərgəmizdə bir nəfər var idi, amma alınmadı. Düşüncəmizdə iki oyunçu var. Sağ və ya sol cinah yarımmüdafiəçisi, hücumçu istəyirik