
Zamiqsiz "Eqnatiya"an uğursuz start
Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" Albaniya çempionatında 2025/2026 mövsümünə start verib.
Sportlife.az xəbər verir ki, son çempion səfərdə "Vlajniya"nın qonağı olub.
24 yaşlı müdafiəçimiz bu görüşdə ehtiyada qalıb. Nəticədə Zamiqin komandası açılış matçında 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, "Eqnatiya" son iki mövsümdə Albaniya çempionu titulunu qazanıb.