
"Qarabağ" məğlubiyyətlə başladı
Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Sportlife.az xəbər verir ki, günün 2-ci matçında “Qarabağ” “Sumqayıt”ı qəbul edib.
“Azersun Arena”dakı qarşılaşma “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Görüşdəki yeganə qolu 72-ci dəqiqədə Ronaldo Vaskes vurub.
“Sumqayıt” xallarının sayını 6-ya çatdırıb. Ağdam klubu isə xalsızdır. “Köhlən atlar”ın ilk turda “Sabah”la oyunu təxirə salınmışdı.
Qeyd edək ki, günün ilk matçında “Neftçi” “İmişli” ilə qolsuz heç-heçə edib. Turun digər qarşılaşmaları 23, 24 və 25 avqustda olacaq.