
"Yuventus" futbolçusu Premyer Liqada
"Nottingem Forest" klubu "Yuventus"dan yarımmüdafiəçi Duqlas Luizi transfer edib.
Sportlife.az xəbər verir ki, ingilis klubu 27 yaşlı braziliyalını 30 milyon avroya almaq şərti ilə icarəyə götürüb.
Duqlas Luiz daha əvvəl 2017-2024-cü illərdə İngiltərədə "Mançester Siti" və "Aston Villa"da çıxış edib.
Qeyd edək ki, ötən mövsüm braziliyalı yarımmüdafiəçi 27 matçda meydana çıxıb və 2 sarı vərəqə alıb.