"İnter Mayami"də 12-ci argentinalı

  • Dünən, 18:32

“İnter Mayami” “Nyuells Old Boyz” və Argentinanın U-21 komandasının cinah oyunçusu Mateo Silvettinin transferini açıqlayıb.

Sportlife.az xəbər verir ki, 19 yaşlı futbolçu ABŞ klubu ilə 2029-cu ilin sonuna qədər müqavilə imzalayıb. Sözləşmə müddətini daha bir mövsüm uzatmaq imkanı var.

Silvetti həmyerlisi Lionel Messinin də yer aldığı komandada 12-ci argentinalı olub.


Paylaş: