
Rus futbolçu "Qalatasaray"a "hə" dedi
MOİK-in yarımmüdafiəçisi Matvey Kislyak karyerasını "Qalatasaray"da davam etdirməyə hazırdır.
Sportlife.az xəbər verir ki, 20 yaşlı rusiyalı Moskva klubunun rəhbərliyinə rəsmi təklif olacağı təqdirdə transferə razılaşacağını bildirib.
Daha əvvəl "qırmızı-göylər"in baş məşqçisi Fabio Selestini futbolçunun mümkün gedişini təkzib etmişdi.
Kislyak ötən mövsüm 5 matçda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.