"Ferensvaroş"da növbəti itki

  • Dünən, 14:30

Macarıstanın “Ferensvaroş” klubu Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"a qarşı Bakıda keçirəcək cavab oyunu öncəsi ciddi problemlə üzləşib.

Sportlife.az xəbər verir ki, Budapeştdə keçirilən ilk matçın (1:3) fasiləsində zədə səbəbindən əvəzlənən yarımmüdafiəçi Bense Etvöş stadionu komanda yoldaşlarının köməyi ilə tərk edə bilib. 

Onun Bakıdakı görüşdə oynaya bilmək ehtimalının çox aşağı olduğu iddia edilir. Belə ki, Macarıstan çempionunun baş məşqçisi Robbi Kin zədə səbəbindən meydana çıxmayan Julio Romaonun ardınca daha bir yarımmüdafiəçinin xidmətindən yararlanmamaq təhlükəsi ilə qarşı-qarşıyadır.

Qeyd edək ki, "Qarabağ" - "Ferensvaroş” matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.


Paylaş: