
Rumıniya klubunun 94 xalı silindi
Rumıniya Futbol Federasiyası ölkə çempionatının 3-cü divizionunda yer alan “Universitatya" (Krayova) klubundan mövsüm başlamazdan əvvəl 94 xalın silinməsinə qərar verib.
Sportlife.az xəbər verir ki, bu qərar futbolçulara və məşqçilərə ödənilməmiş borclar, habelə 2023-cü ildə Rumıniya Kubokunda keçiriləcək oyun üçün Buxarest “Dinamo”su qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən verilib.
Krayova klubuna sentyabrın 3-dək borclarını ödəmək imkanı verilib. Tələblərə əməl edilmədiyi təqdirdə, klubu bütün turnirlərdən kənarlaşdırılmaq daxil olmaqla, yeni sanksiyalar gözləyir. Klubun son taleyi sentyabrın 25-də müəyyənləşəcək.