
"Milan"ı yox "Renn"i seçdi
"Sportinq"in hücumçusu Konrad Harder karyerasını Fransada davam etdirəcək.
Sportlife.az xəbər verir ki, 20 yaşlı futbolçu "Milan"ın marağına baxmayaraq, "Renn"i seçib.
İlk təklifi Lissabon klubu rədd etsə də, danışıqlar davam edir. “Renn” 20 milyon avrodan yuxarı yeni təklif verməyə hazırlaşır.
Ötən mövsüm Konrad bütün yarışlarda 54 matçda iştirak edib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.