
Millimizin oyunlarının vaxtı dəqiqləşdi
Azərbaycanın 3x3 basketbol millisinin Qadın Seriyasının Səbail mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.
Sportlife.az xəbər verir ki, yığma B qrupunda ilk görüşünü avqustun 23-də, saat 18:30-da Çexiyaya qarşı keçirəcək.
Ardınca milli saat 20:10-da Filippinə qarşı mübarizə aparacaq.
Qrupda ilk iki yeri tutan kollektivlər 1/4 finala vəsiqə qazanacaqlar
Qeyd edək ki, Bakıda keçiriləcək turnir avqustun 22-dən 24-dək davam edəcək.