
"Zirə" ilə oyuna görə 24 min cərimə
UEFA Xorvatiyanın "Hayduk" klubunu 24 375 avro məbləğində cərimələyib.
Sportlife.az xəbər verir ki, buna Split təmsilçisinin evdə "Zirə"yə qarşı keçirdiyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda yaşananlar səbəb olub.
Xorvatiya komandası ictimai keçidlərin bağlanmasına görə 14 000, meydana yad əşyaların atılması ucbatından 10 375 avro ziyana düşüb.
Qeyd edək ki, qarşılaşmanın əlavə vaxtı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. İlk görüşdə heç-heçə (1:1) qeydə alındığından "Zirə" mübarizəni dayandırıb.