
Olimpiya çempionlarımız Qarabağa getdi
Azərbaycanın cüdo üzrə olimpiya çempionlarının Qarabağa səfəri başlanıb.
Sportlife.az xəbər verir ki, 2 günlük səfər Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə cüdonun təbliği məqsədilə təşkil edilib.
Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyevin qatıldığı səfər müddətində əhali ilə görüşlər keçiriləcək, önəmli və tarixi yerlər ziyarət olunacaq.
Qeyd edək ki, olimpiya çempionları bu gün Xankəndi və Şuşada, sabah isə Laçın və Füzulidə olacaqlar.