
AFFA rəsmisi "Beşiktaş"ın oyununda
AFFA-nın vitse-prezidenti Könül Mehtiyeva UEFA-dan yeni təyinat alıb.
Sportlife.az xəbər verir ki, o, UEFA Konfrans Liqasında Türkiyənin "Beşiktaş" və İsveçrənin "Lozanna-Sport" komandaları arasında keçiriləcək pley-off mərhələsinin cavab görüşünün UEFA nümayəndəsi təyin olunub.
Avqustun 28-də İstanbuldakı "Türpaş" stadionunda təşkil ediləcək matçı Yakob Kehletin başçılığı ilə danimarkalı hakimlər briqadası idarə edəcək. Hakim-inspektor isə uelsli Mark Stiven Uitbi olacaq.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.