![](https://sportlife.az/storage/xeber/01JMCJD10FKWB4ZQED00J2G0PW.jpg)
"Aşağı pillələrdə qərarlaşmış komandalar bütün klublar üçün təhlükədir"
"Bu gün Premyer Liqada qalmaq uğrunda mübarizə, avrokuboklar üçün gedən mübarizədən daha maraqlı keçir".
Bu sözləri Sportlife.az saytına açıqlamasında "Turan Tovuz”un sabiq icraçı direktoru Yaşar Sultanov deyib.
O, autsayderlər arasında mübarizənin daha da gərginləşəcəyini bildirib: "Çempionatın 2-ci yarısında bu, daha maraqlı hal aldı. Artıq aşkar autsayder görünmür. Hətda bir neçə komanda çox kəskin və qanlı müharibə aparır. "Kəpəz" və "Səbail"in oyununda canlanma görürəm. Hər ikisi ilk iki dövrədəki oyunundan fərqli futbol nümayiş etdirir. Oyunlarına baxmaq zövq verir".
Sultanovun sözlərinə görə, sonuncu pillədəki 4 komanda eyni tempdə mübarizə aparır: "Hansı komandanın I Liqaya düşməsini indidən demək çox çətindir. Çox güclü mübarizə gedir. Bu da tamaşaçıda daha da maraq oyadır. Bundan sonra aşağı pillələrdə qərarlaşmış komandalar, şübhəsiz, bütün klublar üçün təhlükədir.
Akif ƏHMƏDOV