
"Çelsi"nin müdafiəçisi Dortmund klubunda
Dortmund "Borussiya"sı "Çelsi"nin müdafiəçisi Aaron Anselminonu icarəyə götürüb.
Sportlife.az xəbər verir ki, klublar arasındakı müqavilədə satınalma variantı yoxdur. İcarə müqaviləsi 2025/26 mövsümü üçün nəzərdə tutulub.
20 yaşlı argentinalı "Çelsi"nin heyətində 1 oyun keçirib.