
Modriç A Seriyasının ən yaşlısı oldu
"Milan"ın yeni transferi Luka Modriç ilk matçına çıxıb.
Sportlife.az xəbər verir ki, 39 yaş 11 ay 14 günlük xorvatiyalı yarımmüdafiəçi A Seriyası tarixində ən yaşlı debütant olub.
“Rossoneri” “Kremoneze”yə 1:2 hesabı ilə uduzub.
Modriç İtaliya klubuna iyulun ortalarında qoşulub və 2026-cı ilə qədər müqavilə imzalayıb.