Dünya Qadın Seriyasının Səbail mərhələsi başa çatır

  • Dünən, 12:19

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Səbail mərhələsi bu gün başa çatacaq.

Sportlife.az xəbər verir ki, Azərbaycan millisi 1/4 finalda Rumıniyanın “Rapid” klubu ilə üz-üzə gələcək.

Qarşılaşma saat 16:25-də başlayacaq.

B qrupunda yer alan Azərbaycan yığması ötən gün ilk görüşdə Çexiyaya (15:17) uduzsa da, Filippinə qalib gəlib – 21:14.


Paylaş: