
"Aston Villa" Fransa millisinin futbolçusu ilə maraqlanır
"Aston Villa" "Çelsi"nin forvardı Kristofer Nkunkunu transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, futbolçu ilə "Bavariya" və "Leypsiq" klubları da maraqlanır.
Birmingem klubu ötən mövsüm icarə əsasında heyətinə qatdığı PSJ-nin hücumçusu Marko Asensio transferini də başa çatdırmaq istəyir.
27 yaşlı Nkunku ötən mövsüm 48 oyunda 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Fransalının London təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədərdi.