"Karvan" növbəti transferini açıqladı

  • 24 İyul 2025, 18:14

“Karvan” heyətinə yeni futbolçu cəlb edib.

Klubdan Sportlife.az-a verilən məlumata görə, Yevlax təmsilçisi Olavale Doyeninin transferini rəsmiləşdirib.

Nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

21 yaşlı mərkəz müdafiəçisi son olaraq ölkəsinin “Plateau Yunayted” klubunda forma geyinib.


Paylaş: