
Dyökereş arzusuna çatdı
"Arsenal" "Sportinq" klubu ilə hücumçu Viktor Dyökereşin transferinin bütün təfərrüatlarını tam razılaşdırıb.
Sportlife.az xəbər verir ki, "topçular” 27 yaşlı hücumçunun transferi üçün 63,5 milyon avro ödəyəcək. Portuqaliya komandası bonus ödənişləri kimi daha 10 milyon avro ala bilər.
Qeyd edək ki, "Sportinq" klubu artıq futbolçusunun tibbi müayinədən keçməsinə icazə verib.