
"Yuventus"dan "Portu"ya
"Portu" "Yuventus"un sağ cinah müdafiəçisi Alberto Kostanı transfer edib.
Sportlife.az xəbər verir ki, 21 yaşlı portuqaliyalı "əjdahalar"la 2030-cu ilə qədər müqavilə imzalayıb. "Portu" futbolçu üçün 15 milyon avro ödəyib.
Qeyd edək ki, bu ilin yanvarında Kosta 13,8 milyona "Yuventus"a keçib. O, Turin klubunda 14 oyun keçirib, 3 məhsuldar ötürmə edib.