
"Neftçi"də rəsmi ayrılıq
“Neftçi" Alfa Konte ilə yollarını ayırıb.
Sportlife.az xəbər verir ki, Syerra Leonedən olan yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2024-cü ilin yanvarında transfer olunmuş Konte “Neftçi”nin heyətində 25 rəsmi oyun keçirib.