
Asiya turu üçün 30 futbolçu
"Barselona" Asiyada baş tutacaq mövsümöncəsi təlim-məşq toplanışına yollanacaq futbolçuların siyahısını açıqlayıb.
Sportlife.az xəbər verir ki, 30 futbolçudan ibarət siyahıya komandaya yeni qatılan Markus Reşford və Joa Qarsiya da daxil edilib.
Qapıçı Mark-Andre ter Ştegen belindən əməliyyat olunduğu üçün komanda ilə səfər etməyəcək.