Komandamız Avropa çempionu oldu

  • Bu gün, 10:01

Xorvatiyanın Zaqreb şəhərində keçirilən futzal üzrə universitetlərarası Avropa çempionatına yekun vurulub.

Sportlife.az xəbər verir ki, finalda Azərbaycan İdman Akademiyası ilə İspaniyanın Valensiya Universiteti üz-üzə gəlib.

Görüş Azərbaycan təmsilçisinin 7:2 hesablı qaləbəsi ilə başa çatıb.

Beləliklə, Azərbaycan İdman Akademiyasının futzalçıları universitetlərarası qitə çempionu olublar.


Paylaş: