
Millinin qapıçısı "Neftçi"də
“Neftçi” qapıçı transferini rəsmiləşdirib.
Sportlife.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin qolkiperi Kenan Piriçlə 2 illik müqavilə bağlanıb.
Vətənindən başqa, Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında oynayan 31 yaşlı futbolçu 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub.
O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib. Milli komandanın heyətində 8 oyun keçirib.