
"Neftçi"nin oyununda isveçli hakimlər
"Neftçi"nin qadınlardan ibarət komandasının UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin 4-cü qrupundakı yarımfinal oyununun hakimləri bəlli olub.
Sportlife.az xəbər verir ki, "ağ-qaralar"ın Türkiyənin "Fomget" klubuna qarşı keçirəcəyi oyun isveçli baş hakim Hanna Layanenə həvalə olunub.
Ona yan xətt hakimləri - həmyerlisi Yilan Taher və belçikalı Marqot Yakobs yardım edəcək. Dördüncü hakim funksiyasını belçikalı Yana Van Laere yerinə yetirəcək. Hakim-inspektor uelsli Çeril Foster, UEFA nümayəndəsi isə gürcüstanlı Bakar Jordaniya olacaq.
Qeyd edək ki, iyulun 30-da Albaniyanın paytaxtı Tiranadakı "Ştepia" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.