Filip Ozobiç "Turan Tovuz"a keçdi

  • Dünən, 21:21

"Turan Tovuz" növbəti transferini reallaşdırıb.

Sportlife.az xəbər verir ki, son olaraq “Neftçi”nin  şərəfini qoruyan Filip Ozobiçlə 1+1 illik müqavilə imzalanıb.

Rusiyada “Spartak”, Xorvatiyada “Xayduk”  və “Slaven” klublarında çıxış etmiş yarımmüdafiəçi ölkəmizdə “Qəbələ” və “Qarabağ”da da forma geyinib.

Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub.


Paylaş: