
Azərbaycan çempionunda kütləvi ayrılıq
2024/25 mövsümündə Azərbaycan II liqasının qalibi olan “Şahdağ Qusar” bütün futbolçularla müqaviləyə xitam verib.
Sportlife.az xəbər verir ki, klub bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, futbolçularla müqavilələrə xitam verilib: “Geridə qalan mövsümlər ərzində Şahdağın adını futbolumuzun zirvəsinə yazdırmaq üçün ortaya qoyduğunuz əzmkarlıq və fədakarlıq heç zaman unudulmayacaq. “Şahdağ Qusar” Futbol Klubu olaraq bütün futbolçu heyətinə təşəkkürlərimizi bildirir, gələcək karyeralarında uğurlar arzulayırıq”.
Bundan başqa, yeni futbol mövsümü ilə bağlı yaxın günlərdə məlumat veriləcəyi də vurğulanıb.
Qeyd edək ki, “Şahdağ Qusar” II liqada çempion olmaqla, I liqaya vəsiqə qazanmışdı.