
"Kəpəz" "Araz-Naxçıvan"a qarşı
Misli Premyer Liqasında XIV tura bu gün start veriləcək.
Sportlife.az xəbər verir ki, açılış matçında "Kəpəz" "Araz-Naxçıvan"ı qəbul edəcək. Komandalar arasındakı ilk dövrədəki matçı Naxçıvan təmsilçisi 1:0 hesabıyla qazanıb.
"Kəpəz" 7 xalla 10-cu yerdədir. "Araz-Naxçıvan" isə 30 xalla 2-ci yeri tutur.
Turun digər görüşləri noyabrın 23-ü və 24-də keçiriləcək.
22 noyabr (cümə)
“Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Tovuz şəhər stadionu, 17:00