
“Neftçi” “Sabah”la oyunun biletlərini satışa çıxardı
“Neftçi” – “Sabah” matçının biletləri satışa çıxarılıb.
Sportlife.az xəbər verir ki, qiyməti 2, 3, 5, 15 və 20 AZN təşkil edən biletləri https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, Premyer Liqanın IV turuna təsadüf edən qarşılaşma sentyabrın 14-də keçiriləcək.