
"Qarabağ"la oyunu buraxacaq
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Çelsi" ciddi itki ilə üzləşiib.
Sportlife.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Liam Delap sıradan çıxıb.
İngiltərə millisinin üzvü təxminən 10 həftə oynamayacaq. 22 yaşlı forvard noyabrda yaşıl meydanlara qayıdacaq.
"Çelsi" Liam Delapı mövsümün əvvəlində "İpsviç"dən transfer edib. O, "mavilər"in heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Qarabağ"ın "Çelsi" ilə oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.